Yaponiyada 5,1 bal gücündə zəlzələ oldu

Yaponiyada 5,1 bal gücündə zəlzələ oldu Dünya

Yaponiya sahillərində 5,1 bal gücündə zəlzələ qeydə alınıb.

News24.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Zəlzələnin episentri təxminən 239 min insanın yaşadığı Haçinohe şəhərindən (Honsyu adası) 190 km cənub-şərqdə yerləşib.  Zəlzələ 10 km dərinlikdə yerləşib.

Sunami təhlükəsi barədə məlumat verilməyib. 

Mehriban Mirzəzadə