Yaponiyada təyyarə qəzaya uğradı – Sağ qalan yoxdur
Dünya
Yaponiyanın Fukuoka əyalətində "Cirrus SR20" təyyarəsi dağlıq əraziyə düşüb.
News24.az-ən məlumatına görə, Saga hava limanından Yao hava limanına gedən təyyarədəki 3 nəfərin hamısı həlak olub.
Hadisə yerinə çox sayda yanğın, tibbi və axtarış-xilasetmə qrupu göndərilib. Yaponiyanın Özünümüdafiə Qüvvələrinə aid U-125 tipli axtarış-xilasetmə təyyarəsi də əməliyyatlara cəlb olunub.
Qəzanın səbəbini müəyyən etmək üçün geniş araşdırma aparılır