Yaponiyada zəlzələdən sonra böyük bir ticarət mərkəzi çökdü
Dünya
Yaponiyanın cənub-qərbində yerləşən Kyuşu adasında baş verən 7,1 bal gücündə zəlzələ ciddi dağıntılara səbəb olub.
News24.az xəbər verir ki, təbii fəlakət nəticəsində Kumamoto prefekturasında yerləşən böyük ticarət mərkəzinin bir hissəsi və piyada körpüsü dağılıb.
Polisin bildirdiyinə görə, Aeon Mall Kumamoto ticarət mərkəzindən 200-dən çox insan təxliyə edilib. Ölən və ya xəsarət alanlarla bağlı məlumat verilməyib.
Bundan başqa, Uyanagi körpüsünün bir hissəsi zədələnərək Kuma çayına çöküb. Velosiped və piyadaların istifadəsi üçün nəzərdə tutulan körpünün uçması zamanı da xəsarət alan olmayıb.
Qeyd edək ki, iyulun 28-də Kyuşu adasında baş verən 7,1 bal gücündə zəlzələdən sonra Ariake körfəzi sahilləri və Yatsuşiro dənizi üçün sunami xəbərdarlığı elan edilib.