Zelenski Baş Qərargah rəisini - YOLA SALIR
Dünya
“Ukraynanın hökumətində ciddi dəyişikliklər gözlənilir”.
News24.az-ın məlumatına görə, bunu “Rai-1” telekanalına prezident Volodimir Zelenski bildirib.
O deyib ki, islahatlar hakimiyyətin bütün təbəqələrini əhatə edəcək.
V. Zelenskinin sözlərinə görə, yaxın vaxtlarda ordunun Baş Qərargah rəisi Valeri Zalujnı istefaya göndəriləcək. Lakin o, bu qərarın fikir ayrılıqları ilə əlaqəsinin olmadığını söyləyib.
Onlar arasındakı narazılıqlar ötən ilin sonundan başlayıb. Tərəflər konkret olaraq müharibə strategiyası, eləcə də səfərbərlik məsələsində ortaq məxrəcə gələ bilmir.
Qeyd edək ki, 51 yaşlı V. Zalujnı cəmiyyətdə böyük nüfuza malikdir.
Fərid Azəri