Zelenski bu serialda rol aldı
Dünya
Ukrayna prezidenti Vladimir Zelenski Netflix yayım platformasında “Tipping Point: The Bomb and the Cold War” adlı yeni doqquz seriyalı serialda rol alıb.
News24.az xəbər verir ki, bu barədə rus mediası məlumat yayıb.
Qeyd edək ki, serialın treyleri YouTube-da yayımlanıb. Sənədli filmdəki personajlar soyuq müharibənin ilkin şərtlərindən, nüvə bombasının yaradılmasından, Sovet İttifaqının dağılmasından və Rusiyanın Ukraynadakı xüsusi əməliyyatından bəhs edir.
Zelenskini layihənin treylerində görmək olar, o, Rusiyanın Ukraynanı öz mülkü kimi gördüyündən danışır.
Bundan əlavə, serialda NATO-nun baş katibi Yens Stoltenberq, Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş direktoru Robert Qeyts və keçmiş dövlət katibi Kondoliza Rays çəkilib. Filmin rejissoru Brayan Kippenberqer Rusiyanın Ukraynada xüsusi əməliyyat keçirməsini soyuq müharibənin nəticələrindən biri hesab etdiyini bildirib.
Filmin premyerası martın 12-də baş tutacaq.
Mehriban Mirzəzadə