Zelenski Ərdoğanı türk dilində təbrik etdi – Foto
Dünya
Ukrayna Prezidenti Volodimir Zelenski Cümhuriyyət Günü münasibətilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı və Türkiyə xalqını təbrik edib.
News24.az xəbər verir ki, bu barədə Ukrayna lideri "X" sosial media hesabında türk dilində paylaşım edib.
Paylaşımda deyilir:
"Prezidenti Rəcəb Tayyib Ərdoğanı və dost Türkiyə xalqını Cümhuriyyət Bayramı münasibətilə səmimi qəlbdən təbrik edirəm. Türkiyə ilə dostluq və səmimi münasibətlərimizə və Qara dəniz bölgəsini təhlükəsizliyi üçün apardığınız əməkdaşlığa böyük dəyər veririk".