Zelenski evini satır

Zelenski evini satır Dünya

Krımda Zelenskinin Livadiyadakı milliləşdirilmiş mənzili satışa çıxarılacaq.

News24.az xəbər verir ki, Krım parlamentinin rəhbəri Vladimir Konstantinov öz Telegram kanalında Ukrayna oliqarxlarının əvvəllər milliləşdirilmiş 100-ə yaxın əmlakının, o cümlədən prezident Zelenskinin mənzilinin tezliklə satılacağını açıqlayıb.

“Yaxın vaxtlarda 100-ə yaxın milliləşdirilmiş əmlak obyektinin satışı planlaşdırılır. Bunlar yaşayış yerləri, o cümlədən Zelenski cütlüyünün mənzili, sanatoriya və kurort obyektləri, pərakəndə və ticarət obyektləridir”.

Siyasətçi əlavə edib ki, bu yolla respublikanın büdcəsi 800 milyon rubldan çox artırılmalıdır.

Qumral