Zelenski Krım probleminin həllini açıqladı: - "DANIŞIQLAR YOLU İLƏ.."
Dünya
Ukrayna prezidenti Volodimir Zelenski bildirib ki, danışıqlar yolu ilə Krım problemi həll edilə bilər.
News24.az xəbər verir ki, bu barədə “Əl-Cəzirə” telekanalı məlumat yayıb.
“Hesab edirəm ki, biz Krımın inzibati sərhədlərində olandan sonra yarımadada Rusiyanı demilitarizasiya etməyə məcbur etmək siyasi cəhətdən mümkün olacaq”.
Zelenski əlavə edib ki, bu üsula üstünlük veriləcək, çünki bu, daha az ölümlə nəticələnəcək.
“Krım məsələsində güc tətbiq etmək əvəzinə problem danışıqlar yolu ilə həll oluna bilər”, -Zelenski deyib.
Ayşən