Zelenski Trampın Ukraynadakı münaqişəni həll edəcəyinə - ƏMİNDİR
Dünya
ABŞ prezidenti Donald Tramp Ukraynadakı münaqişəyə son qoya biləcək.
News24.az xəbər verir ki, bunu Ukrayna lideri Volodimir Zelenski “Newsmax”a müsahibəsində deyib.
"Prezident Bayden bu müharibəni sona çatdıra bilmədi. Əminəm ki, prezident Tramp bunu bacaracaq. Düşünürəm ki, əsas fərq bu olacaq".
Zelenskinin sözlərinə görə, Kiyev Trampın “Rusiyaya qarşı keçmək mümkün olmayan güclü sanksiyalar” tətbiq edə biləcəyinə əmindir. Eyni zamanda eyni müsahibədə Ukrayna lideri qeyd edib ki, Ukrayna uzaq mənzilli silahlar alacağı təqdirdə fəaliyyətə hazırdır.
O, Ukraynanın bu silahlardan “mütləq” istifadə etmədiyini, lakin “Rusiyanın onların varlığından xəbərdar olmasının” vacibliyini qeyd edib.
Aqil