Bu il Bakıda oğurluq, soyğunçuluq və quldurluq törədən 68 qrup ZƏRƏRSİZLƏŞDİRİLİB
    • 24-10-2019, 10:16
    • 710

Bu il Bakıda oğurluq, soyğunçuluq və quldurluq törədən 68 qrup ZƏRƏRSİZLƏŞDİRİLİB

Qazanılan uğurlardan arxayınlaşmayan polis ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi, cinayətlərin və digər xətaların qarşısının alınmasında üzərinə düşən vəzifələri davam etdirir.

Bu barədə News24.az-a Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib. O qeyd edib ki, paytaxt polisi tərəfindən keçirilən uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində cari ilin 9 ayında 26 soyğunçuluq və quldurluq cinayətlərində şübhəli bilinən 55 nəfərdən ibarət 26 qrup zərərsizləşdirilib: “Hesabat dövrü ərzində 74 mənzil oğurluğu törədən 98 nəfərdən ibarət 42 cinayətkar qrup ifşa olunub”.
E.Hacıyev əlavə edib ki, hər bir fakt üzrə polis orqanlarında şübhəli şəxslərin istintaqı, ictimai təhlükəli əməllərin profilaktikası üzrə qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər davam etdirilib.