Sabunçuda "Mercedes" markalı minik avtomobili yandı
    • 16-12-2019, 09:02
    • 888

Sabunçuda "Mercedes" markalı minik avtomobili yandı

Bakı şəhərinin Sabunçu rayonunda "Mercedes" markalı minik avtomobilinin mühərrik hissəsi yanıb.

Fövqəladə Hallar Nazirliyindən News24.az-a verilən məlumata görə, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.