Ağsuda həmkəndlisini silahla hədələyən şəxs saxlanıldı
    • 26-12-2019, 15:05
    • 620

Ağsuda həmkəndlisini silahla hədələyən şəxs saxlanıldı

Ağsuda həmkəndlisini silahla hədələyən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Şirvan şəhərindəki regional qrupundan News24.az-a verilən məlumata görə, ötən gün Ağsu rayon Nuran kənd sakini Mahir Nəcəfov DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə və Ağsu Rayon Polis Şöbəsinə müraciət edərək həmkəndlisi Zaur Heydərov tərəfindən odlu silahla ölümlə hədələndiyini bildirib. 

Ağsu RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Z.Heydərov saxlanılıb və ona məxsus fərdi yaşayış evinə baxış keçirilən zaman müvafiq sənədləri olmayan ov silahı və 5 ədəd patron aşkar edilərək götürülüb.

Faktla bağlı Ağsu RPŞ-də araşdırma aparılır.