5 nəfərin yaralanması ilə nəticələnən ağır qəza baş verdi
    • 12-01-2020, 13:37
    • 1 248

5 nəfərin yaralanması ilə nəticələnən ağır qəza baş verdi

Bakı-Quba avtomobil yolunda 5 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

News24.az APA-ya istinadla xəbər verir ki, qəza magistralın Xızı rayonunun Sitalçay kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "VAZ 2107" markalı avtomobilin sürücüsü idarəetməni itirərək minik vasitəsini arakəsməyə çırpıb. Nəticədə avtomobildə olan 5 nəfər ağır bədən xəsarətləri alıblar.

Maşında sıxışıb qalan sərnişinlər vətəndaşların köməyi ilə çıxarılıb. Xəsarət alanlar Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər. Yaralılardan 2 nəfərin şəxsiyyəti məlum olub.

Onlar - 1990-cı il təvəllüdlü Abdullayeva İlahə Ədalət qızı və 1959-cu il təvəllüdlü Qarayeva İmarət Məhəmməd qızıdır.

Faktla bağlı araşdırma aparılır.