Yük maşını piyadanı vuraraq ÖLDÜRDÜ
    • 21-01-2020, 12:52
    • 859

Yük maşını piyadanı vuraraq ÖLDÜRDÜ

Abşeronda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, yanvarın 20-də saat 02:00 radələrində Abşeron rayonunun Novxanı qəsəbəsi ərazisində Bakı şəhər sakini B.Mikayılov idarə etdiyi “KamAZ” markalı avtomobillə yolun kənarı ilə gedən 40-50 yaşlı kişini vurub. Nəticədə həmin şəxs aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.