Xırdalanda avtomobil iki azyaşlını vurdu
    • 24-01-2020, 00:10
    • 1 259

Xırdalanda avtomobil iki azyaşlını vurdu

Abşeron rayonunda yol-nəqliyyat hadisəsi zamanı iki məktəbli xəsarət alıb.
 
News24.az xəbər verir ki, hadisə Abşeron Rayon İcra Hakimiyyətinin yaxınlığında baş verib.

Minik avtomobili yolu keçmək istəyən 2005-ci il təvəllüdlü Alsu Səbzəliyeva və 2006-cı il təvəllüdlü Fidan Orucovanı vurub. Hər iki yaralı ağır vəziyyətdə 1 saylı şəhər xəstəxanasına yerləşdirilib.

A.Səbzəliyevaya döş qəfəsinin küt travması, F.Orucovaya isə döş qəfəsinin küt travması, sağ diz qapağının sınığı diaqnozu qoyulub.
 
Faktla bağlı araşdırma aparılır.