BDU-dan çinli tələbə ilə bağlı açıqlama
    • 31-01-2020, 23:14
    • 1 201

BDU-dan çinli tələbə ilə bağlı açıqlama "Tələbə yoldaşlarını yoxladıq"

Koronavirus xəstəliyi şübhəsi ilə 1 saylı Kliniki Tibbi Mərkəzə gətirilən Bakı Dövlət Universitetinin çinli tələbəsinin kimliyi məlum olub.

BDU-dan News24.az-a verilən məlumata görə, karantinə alınan BDU-nun Tarix fakültəsinin III kurs tələbəsi Liu Youshadır.

Liu Yousha yanvar ayının ortalarında Çindən Azərbaycana geri dönüb. Tələbədə hər hansı bir virusun əlamətləri müşahidə olunmayıb. Tələbə Çinin hazırda virusun tüğyan etdiyi bölgəsindən deyil. O, Çindən gəldiyi üçün Universitet rəhbərliyinin təşəbbüsü ilə Kliniki Tibbi Mərkəzə müayinəyə göndərilib. 

Kliniki Tibbi Mərkəzdə Liu Yousha müayinə olunub, onda virusun heç bir əlaməti aşkar olunmayıb, yalnız karantin müddəti ilə bağlı təhlükəsizlik baxımından nəzarətdə saxlanılır.