Tələbələrimizin olduğu təyyarə Monqolustana çatıb
    • 1-02-2020, 01:01
    • 1 039

Tələbələrimizin olduğu təyyarə Monqolustana çatıb

Aralarında Azərbaycan vətəndaşlarının da olduğu bir qrup insanı təxliyyə etmək üçün Uxana yola düşən Türkiyəyə məxsus hərbi təyyarə Monqolustana çatıb. 


News24.az “Anadolu” Agentliyinə istinadən xəbər verir ki, Ankaradan yola çıxan və koronavirusun tüğyan etdiyi Çinə yollanan təyyarə Monqolustanın paytaxtı Ulan-Batora eniş edərək yanacaq alıb və yenidən yola çıxıb.  


Təcili tibbi yardım avadanlıqları ilə təciz edilmiş təyyarənin yaxın bir neçə saat ərzində Uxana çatması gözlənilir.