Bakıda sərnişin avtobusu piyadanı vurub
    • 16-02-2020, 11:48
    • 1 363

Bakıda sərnişin avtobusu piyadanı vurub

Bakının Sabunçu rayonunda yol nəqliyyat hadisəsi zamanı bir nəfər ağır xəsarət alıb.


News24.az xəbər verir ki, hadisə Sabunçu bazarının yaxınlığında baş verib.


Təxminən 1994-cü il təvəllüdlü Məmmədov Əmir Rafiq oğlu yol kənarında hərəkətdə olan zaman onu 172 nömrəli marşut xətti üzrə hərəkət edən sərnişin avtobusu vurub.


Yaralı 3 saylı şəhər xəstəxanasına çatdırılıb.