Tovuzda məktəbli dərs vaxtı sinif yoldaşı tərəfindən bıçaqlanıb
    • 22-02-2020, 00:41
    • 900

Tovuzda məktəbli dərs vaxtı sinif yoldaşı tərəfindən bıçaqlanıb

Tovuzda 10-cu sinif şagirdi bıçaqlanıb.

News24.az xəbər verir ki, hadisə rayonun Dönük Qırıxlı kəndində baş verib. Kənd sakini 17 yaşlı Rəvan Qarayev bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

Valideynləri R. Qarayevin dərs vaxtı məktəb yoldaşı tərəfindən bıçaqlandığını deyiblər. 
Faktla bağlı araşdırma aparılır.