Piyadaların vurulması ilə nəticələnən iki yol qəzası baş verib
    • 3-03-2020, 02:00
    • 949

Piyadaların vurulması ilə nəticələnən iki yol qəzası baş verib

Bu gün Bakıda piyadaların vurulması ilə nəticələnən iki yol-nəqliyyat hadisəsi qeydə alınıb.


News24.az xəbər verir ki, hadisələrdən biri Sabunçu rayonu Kürdəxanı qəsəbəsində baş verib.

Qəza zamanı bir nəfər xəsarət alıb.


Minik avtomobili 1964-cü il təvəllüdlü Ağayev Hikmət Sərhəd oğlunu vurub. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. H.Ağayevin rayon ərazisindəki sosial sığınacaqda yaşadığı bildirilir.


Digər hadisə isə Nəsimi rayonunda baş verib.

“28 Mall” ticarət mərkəzinin yaxınlığında qeydə alınan qəzada minik avtomobili yolu keçən 2000-ci il təvəllüdlü Məmmədova Nuranə Surəddin qızını vurub.


Yaralı 3 saylı şəhər xəstəxanasına yerləşdirilib. Ona döş qəfəsinin küt travması diaqnozu qoyulub.

Hər iki hadisənin təfərrüatı araşdırılır.