Şəmkirdə yük maşını traktorla TOQQUŞDU
    • 10-03-2020, 12:34
    • 592

Şəmkirdə yük maşını traktorla TOQQUŞDU

Şəmkir rayonunun Sabirkənd kəndində “Hyundai” markalı yük avtomobili və “Belarus” markalı traktor toqquşub.

News24.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri yük avtomobilində sıxılı vəziyyətdə qalan 1 nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər