Bakının mərkəzində sığortasız marşrut avtobusu qəza törətdi - FOTO
    • 16-03-2020, 11:10
    • 1 435

Bakının mərkəzində sığortasız marşrut avtobusu qəza törətdi - FOTO

Bakınnı Nərimanov rayonu ərazisində - eyniadlı metro stansiyasının qarşısında minik avtomobili ilə marşrut avtobusu toqquşub.

News24.az-ın məlumatına görə, avtobusun vurduğu 99-PH-280 dövlət qeydiyyat nişanlı “Ravon R3” markalı avtomobilin sahibi bildirib ki, hadisəni törədən 202 saylı marşrut xətti ilə hərəkət edən, "Çinar Trans" MMC-yə məxsus 99-JK-286 dövlət qeydiyyat nişanlı “Karsan” markalı avtobusun icbari sığortasının olmaması üzə çıxıb: “Hadisədən sonra avtobusun sürücüsü Abdullayev Qoşqar Əli oğlu olduğu və bu avtobusu "Çinar Trans" MMC-i tərəfindən 01 Mart 2020-ci il tarixində ona verilmiş etibarnamə ilə idarə etdiyi müəyyən ediliib. Daha sonra məlum olub ki, bu avtobusun icabri sığortası yoxdur və buna görə ona DYP tərəfindən heç bir protokol və ya cərimə tərtib edilməyib. Halbuki bu gün ki gündə bunu müəyyən etmək üçün kifayət qədər müasir texnika var. Bizim avtomobil 1 gün icbari sığorta edilmədən idarə edilən kimi təhlükəsizlik kameraları tərəfındən müəyyən edilir və 50 manat dəyərində cərimə olunur. Bəs bu avtobuslar niyə sığorta edilmir”.

Qeyd edək ki, Bakıda bəzi marşrut avtobuslarının özbaşınalığı və nəzarətsizliyi barədə dəfələrlə məlumatlar yayılıb.