Bakıda polis əhaliyə belə çağırış etdi -VIDEO
    • 25-03-2020, 22:05
    • 993

Bakıda polis əhaliyə belə çağırış etdi -VIDEO

Məlum olduğu kimi, koronavirus infeksiyasının yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə martın 24-dən aprelin 20-dək Azərbaycanda xüsusi karantin rejimi elan olunub.

News24.az xəbər verir ki, polis xüsusi karantin rejimi ilə bağlı insanlara küçədə səsgücləndirici vasitəsilə müraciət edib.

Əhalidən kütləvi yerlərdən uzaqlaşmaq, 2 metr ara məsafəsi saxlamaq, yaşı 65-dən yuxarı şəxslərin evdən çölə çıxmaması və qoyulan qayda-qanunlara əməl etmələri xahiş edilib.