Qubada ehtiyatsızlıqdan yanğın törədən şəxs TUTULDU - FOTO
    • 27-03-2020, 10:07
    • 578

Qubada ehtiyatsızlıqdan yanğın törədən şəxs TUTULDU - FOTO

Mart ayının 26-da Quba Rayon Polis Şöbəsinə rayonun Rustov kəndi yaxınlığında yerləşən ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

DİN Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan News24.az-a bildirilib ki, daxil olan məlumatla əlaqədar polis əməkdaşları hadisənin baş verdiyi əraziyə yollanıblar və yanğının qarşısının alınmasında fəal iştirak ediblər.

Əsasən fiziki qüvvə ilə yanğının qarşısı vaxtında alınıb və alovun miqyasının böyüməməsi üçün bütün zəruri tədbirlər həyata keçirilib.

Şöbə əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində həmin ərazidə ehtiyatsızlıqdan quru ot və kolların yanmasına səbəb olan rayonun Qamqam kənd sakini Vilayət Məhsimov saxlanılıb.

Dindirilmə zamanı o, yanğının ehtiyatsızlıq nəticəsində baş verdiyini etiraf edib.