İlham Əliyevdən Aprel döyüşləri ilə bağlı paylaşım - FOTO
    • 2-04-2020, 12:29
    • 975

İlham Əliyevdən Aprel döyüşləri ilə bağlı paylaşım - FOTO

Azərbaycan Prezidenti İlham Əliyev rəsmi "Facebook" səhifəsində Aprel döyüşləri ilə bağlı paylaşım edib.

News24.az xəbər verir ki, prezidentin paylaşımında qeyd edilib ki, Aprel döyüşləri dövlətimizin, ordumuzun gücünü, xalqımızın birliyini, vətənpərvərliyini nümayiş etdirdi.

Qeyd edək ki, 4 gün davam edən və Azərbaycan Ordusunun qələbəsi ilə bitən Aprel döyüşlərindən 4 il ötür. Aprel döyüşləri Dağlıq Qarabağda 1994-cü ildə atəşkəs haqqında saziş imzalandıqdan bəri ən şiddətli döyüşlər olub. Qələbə ilə nəticələnən döyüşlər zamanı Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər və Seysulan kəndi, Cəbrayıl rayonunun Lələ təpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi, Tərtər rayonunun Qazaxlar kəndi və Tərtər rayonunun Madaqiz kəndi istiqamətində yollar düşməndən azad olunub.