Mədəniyyət Nazirliyinin əməkdaşları bu qədər pul alıblar - SİYAHI
    • 12-05-2020, 15:37
    • 621

Mədəniyyət Nazirliyinin əməkdaşları bu qədər pul alıblar - SİYAHI

Dövlət Təhlükəsizlik Xidməti tərəfindən Mədəniyyət Nazirliyində edilən əməliyyat zamanı nazirliyin vəzifəli şəsxlərinin qəbul etdikləri pul vəsaitlərinin məbləğlərinə dair müxtəlif qeydlər, ayrı-ayrı valyutalarda saxlanılan pul vəsaitləri və iş üzrə əhəmiyyət kəsb edən digər sənədlər və maddi sübutlar aşkar edilib. 

News24.az xəbər verir ki, əməliyyat zamanı ortaya çıxan siyahıda nazirlik əməkdaşlarının ümumilikdə Azərbaycanın 15 rayon və şəhəri üzrə qəbul etdikləri məbləğlər qeyd olunub. 

Bəlli olub ki, toplanan pullar bölgələr üzrə müxtəlif olub və 500 manatdan 13 min manata qədər dəyişib. Həmçinin aylar ərzində məbləğlərdə də dəyişiklik nəzərə çarpıb. 

Ümumilikdə isə həmin şəxslər birinci ay üçün 66 min manat, ikinci ay üçün isə 63 min manat toplayıblar.