Sumqayıtda iki yük maşını toqquşub, ölənlər var - FOTO
    • 30-05-2020, 11:11
    • 1 051

Sumqayıtda iki yük maşını toqquşub, ölənlər var - FOTO

Sumqayıt şəhərində “DAF” və “КamAZ" markalı iki yük avtomobili toqquşub.

News24.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki,  hadisə yerinə cəlb olunan Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri “DAF” markalı yük avtomobilində sıxılı vəziyyətdə qalan sürücü 1951-ci il təvəllüdlü Sayılov Ağarza Çapı oğlunun və “КamAZ" markalı yük avtomobilində sıxılı vəziyyətdə qalan sürücü 1995-ci il təvəllüdlü Aslanov Asəf Ədalət oğlunun meyitlərini deformasiyaya uğrayan nəqliyyat vasitələrindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.