Ağsuda dağlıq ərazidə baş verən yanğın söndürüldü

Ağsuda dağlıq ərazidə baş verən yanğın söndürüldü Hadisə

Ağsu rayonu, Gəgəli kəndi yaxınlığında mürəkkəb relyefli dağlıq ərazidə baş vermiş yanğın söndürülüb. Yanğınsöndürmə əməliyyatlarında Fövqəladə Hallar Nazirliyinin müvafiq yanğın-xilasetmə qüvvələri və Aviasiya dəstəsinin helikopteri fəaliyyət göstərib.

News24.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, ümumilikdə 300 hektar ərazidə baş vermis yanğın nəticəsində quru ot, kol-kos və biçilmiş taxıl sahəsi yanıb.