Bakıda avtobus qəzaya düşdü: çox sayda yaralı var

Bakıda avtobus qəzaya düşdü: çox sayda yaralı var Hadisə

Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.

News24.az xəbər verir ki, hadisə Suraxanı rayonu, Əmircan qəsəbəsi, Balandin küçəsində qeydə alınıb.

İlkin məlumata görə, 113 nömrəli sərnişin avtobusu qəzaya düşüb.

Məsələ ilə bağlı TƏBİB-dən News24.az-a bildirilib ki, 01.07.2026-cı il tarixində saat 10:30 radələrində 11 nəfər (5 qadın, 6 kişi olmaqla) Sabunçu Tibb Mərkəzinin Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Müxtəlif bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıblar.