Beyləqanda kanalda bir nəfər batdı - YENİLƏNDİ
Hadisə
Beyləqan rayonu, Birinci Şahsevən kəndi ərazisindən keçən kanalda bir nəfər batıb.
News24.az xəbər verir ki, Amin Zamir oğlu Əhmədov avqustun 6-da kənd ərazisindən keçən "Yeni Xan Qızı" adlı beton kanalda çimərkən suda boğularaq ölüb.
Onun meyitinin tapılması üçün axtarışlar davam etdirilir.
Fakt üzrə Beyləqan rayon prokurorluğunda araşdırma aparılır./Report
Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə 6 avqust 2026-cı il tarixində Beyləqan rayonu, Birinci Şahsevən kəndində "Yeni Xan qızı" kanalında 1 nəfərin batması barədə məlumat daxil olub.
Bu barədə News24.az-a FHN-in Mətbuat xidmətindən məlumat verilib.
Məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin “Aran” dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.
Hazırda batması ehtimal edilən 2007-ci il təvəllüdlü Əhmədov Amin Zamir oğlunun axtarışları davam etdrilir.
Əlavə məlumat veriləcək.