Gəncədə kütləvi zəhərlənmə: 10-a yaxın şəxs xəstəxanaya yerləşdirildi – YENİLƏNDİ

Gəncədə kütləvi zəhərlənmə: 10-a yaxın şəxs xəstəxanaya yerləşdirildi – YENİLƏNDİ Hadisə

Bu gün saat 18 radələrində başlayaraq Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Yoluxucu xəstəliklər şöbəsinə 8 nəfər (3 kişi, 5 qadın) hospitalizasiya olunub.

News24.az xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib.

Onlara zəhərlənmə şübhəsi ilə zəruri tibbi xidmətlər göstərilib.

Hazırda müvafiq şöbədə müalicələri davam etdirilir, vəziyyətləri stabil qiymətləndirilir.

***18:41

Gəncədə qidadan kütləbi zəhərlnə vaş verib.

News24.az xəbər verir ki, təxminən 10-a yaxın şəxs zəhərlənmə diaqnozu ilə xəstəxanalardan birinə yerləşdirilib. Onlar arasında azyaşlılar da var.

İlkin olaraq xəstəxanaya gətirilən şəxslər bunlardır: Nuriyə Rüstəmova (1962), Amin Teymurlu (1986), İ. Məmmədov (2017), Z. Hüseynova (2015), U. İsyaev (2020), Bənövşə Əliyeva (1963), Sevil Hüseynova (1987). (Teleqraf)