Goranboyda azyaşlını maşın vurdu

Goranboyda azyaşlını maşın vurdu Hadisə


Goranboy rayonunda təxminən beş yaşlı oğlan uşağını maşın vurub.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, hadisə rayonun Rəhimli kəndində qeydə alınıb. Uşaq xəstəxanaya çatdırılıb, vəziyyəti orta-ağırdır.

Uşağın şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma başlanılıb.