Tokio Olimpiadasına lisenziya qazandıq
    • 29-07-2019, 20:45
    • 913

Tokio Olimpiadasına lisenziya qazandıq

Azərbaycan üzgüçüsü Maksim Şemberev 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.
Üzgüçülük üzrə Azərbaycan millisinin baş məşqçisi Rəşad Əbdürəhmanov News24.az -a bildirib ki, Koreya Respublikasının Quanqju şəhərində keçirilən su idman növləri üzrə dünya çempionatında M.Şemberyev 400 metr məsafəyə qarışıq üsulla üzmə yarışında final mərhələsinə yüksəlib. İyirmi altı yaşlı idmançımız 194 ölkədən 2623 atletin qatıldığı çempionatın həlledici mərhələsində 4 dəqiqə 14.10 saniyə nəticə ilə altıncı yeri tutub. Bu, Azərbaycanın üzgüçülük idmanının tarixində ilk və ən məhsuldar nəticə hesab olunur. Bununla da M.Şemberev 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına bir başa iştirak hüququ əldə edib