İtaliyada güllə atıcılığı üzrə Avropa çempionatı KEÇİRİLDİ
    • 25-09-2019, 12:30
    • 1 446

İtaliyada güllə atıcılığı üzrə Avropa çempionatı KEÇİRİLDİ

23 Sentyabr Italiyanın Bolonya şəhərində güllə atıcılığı üzrə Avropa çempionatı keçirilib.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə 20-dən çox   ölkənin 47 idmançısının mübarizə apardığı yarışda Azərbaycanı Dünya kubokunun 3-cüsü Ruslan Lunev təmsil edib. Idmançımız kiçik çaplı tapancadan 25 metr məsafəyə   atışda   587 xal hedabı ilə 1 ci yerə layiq görülüb.

Qeyd edək, Ruslan 22 sentyabr tarixdə güllə atıcılığının 25 m məsafəyə 5 hədəfə atışında 580 xal toplayaraq 5-ci yerə layiq görülüb və Tokio 2020 Olimpiya oyunlarına lisenziya  qazanıb.