Tokio Olimpiadası 2021-ci ildə də KEÇİRİLMƏYƏ BİLƏR
    • 29-04-2020, 12:57
    • 823

Tokio Olimpiadası 2021-ci ildə də KEÇİRİLMƏYƏ BİLƏR

"Koronavirus pandemiyası bitməsə, 2021-ci ildə Tokio Olimpiadası keçirilə bilməz".

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Yaponiya Baş naziri Şinzo Abe parlamentinin aşağı palatasında keçirilən iclasda bildirib.

O qeyd edib ki, olimpiadanı idmançılarının və tamaşaçılarının təhlükəsiz şəkildə iştirak etmələri üçün tam şəkildə keçirmək istəyirlər. Baş nazirin sözlərinə görə, bu mənada dərman və koronavirus əleyhinə peyvəndin yaradılması böyük əhəmiyyət kəsb edir.

Qeyd edək ki, Tokiodakı Olimpiada 2020-ci ilin yayında keçirilməli idi, lakin koronavirus pandemiyası səbəbindən olimpiada 2021-ci ilin iyununa təxirə salınması qərara alınıb.