"Beşiktaş" prezidenti və daha 8 nəfər KORONAVİRUSA YOLUXDU
    • 14-05-2020, 16:15
    • 1 227

"Beşiktaş" prezidenti və daha 8 nəfər KORONAVİRUSA YOLUXDU

"Beşiktaş" prezidenti Əhməd Nur Çebi və 8 nəfərin koronavirus testi müsbət çıxıb.

News24.az NTV-yə istinadən xəbər verir ki, bu barədə Beşiktaş Sağlamlıq qrupu məsləhətçisi Tekin Kerem Ülkünü məlumat verib:"13 May Çərşənbə günü BJK Nevzat Demir Mərkəzində bütün futbolçularımız, texniki heyətimiz və obyekt işçiləri Covid-19 testindən keçdi. Testlər nəticəsində 8 nəfərdə Covid-19  aşkarlandı. Müsbət test nəticələri olanların müayinə və müalicə prosesi dərhal müvafiq prosedurlara uyğun olaraq başladı".