Azərbaycan idmançılarının 2018-ci ildə beynəlxalq yarışlarda qazandıqları medalların sayı açıqlanıb
    • 26-12-2018, 17:38
    • 958

Azərbaycan idmançılarının 2018-ci ildə beynəlxalq yarışlarda qazandıqları medalların sayı açıqlanıb

Azərbaycan idmançıları 2018-ci idə keçirilən beynəlxalq yarışlarda 753 medal qazanıb.

Bu barədə Gənclər və İdman Nazirliyində məlumat verilib. Əldə edilən medallardan 263-ü qızıl, 230-u gümüş, 260-ı isə bürüncdür. Medallardan 313-ü (85 qızıl, 90 gümüş və 138 bürünc) olimpiya, 440-ı isə (178 qızıl, 140 gümüş və 122 bürünc) qeyri-olimpiya növlərinin payına düşüb.
Qeyd edək ki, Azərbaycan idmançıları 2017-ci ildə təşkil olunan yarışlarda 851 medal qazanıb. Bunlardan 347-si qızıl, 236-sı gümüş, 268-i isə bürünc olub.

//Report