"Fənərbağça" Qana millisinin üzvünü transfer edib

"Fənərbağça" Qana millisinin üzvünü transfer edib İdman
Türkiyə "Fənərbağça"sı heyətini yeni futbolçu ilə gücləndirib.

​News24.az​​​ klubun rəsmi saytına istinadən xəbər verir ki, İstanbul təmsilçisi Qana millisinin müdafiəçisi Aleksander Cikunu transfer edib.

Fransız əsilli 29 yaşlı oyunçu ilə 3+1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, təcrübəli futbolçunun son klubu Fransa "Strasburq"u olub. O, daha əvvəl bu ölkənin "Bastiya" və "Kan" komandalarında da çıxış edib.