"Qarabağ"ın Avstriyadakı bütün rəqibləri - bəlli oldu

"Qarabağ"ın Avstriyadakı bütün rəqibləri - bəlli oldu İdman
"Qarabağ"ın Avstriyadakı təlim-məşq toplanışında qarşılaşacağı sonuncu rəqib bəlli olub.

News24.az "Report"-a istinadən xəbər verir ki, Ağdam təmsilçisi Bolqarıstanın MOİK (Sofiya) komandası ilə üz-üzə gələcək.

Yoxlama görüşü iyulun 4-də baş tutacaq.

Qeyd edək ki, "Qarabağ" Avstriyada 3 sınaq matçı keçirəcək. "Köhlən atlar" iyunun 27-də Macarıstan "Ferentsvaroş"u, iyulun 1-də isə Polşa "Legiya"sı ilə qarşılaşacaq.