Yarımfinal oyunlarına start verildi: Fransa – İspaniya qarşılaşması – İKİNCİ QOL – CANLI
İdman
İspaniya top fərqini artırır.
News24.az xəbər verir ki, 58-ci dəqiqədə Pedro Perro komandasına ikinci qolu qazandırıb.
Qeyd edək ki, bu futbolçunun bu dünya çempionatında ikinci qoludur.
***00:06
İkinci hissə start götürüb.
***23:52
Qarşılaşmada ilk hissə bitib.
News24.az xəbər verir ki, İspaniya fasiləyə 1:0 üstünlüklə yollanıb.
***23:22
İspaniya 22-ci dəqiqədə Fransa qapısına təyin edilən 11 metrəlik cərimə zərbəsindən yararlana bilib.
News24.az xəbər verir ki, zərbəni Oyarzabal icra edib və komandasına ilk qolu qazandırıb. Özünün isə çempionatda 5-ci qolunu vurub.
Qeyd edək ki, 11 metrəlik zərbə İspaniya futbolçusu Lamin Yamala qarşı kobud rəftara görə təyin edilib.
***23:00
FIFA 2026 Dünya Çempionatında yarımfinal oyunlarına start verilib.
News24.az Mərakeş millisi üzərində qələbə çalan Fransa Belçikaya məğlubiyyətə uğratmış İspaniya ilə qarşılaşır.