“Huawei” şirkəti yeni smartfonunu TƏQDİM ETDİ
    • 7-05-2020, 00:08
    • 1 086

“Huawei” şirkəti yeni smartfonunu TƏQDİM ETDİ

“Huawei” şirkəti yeni smartfonunu təqdim edib. 

News24.az digger.ru saytına istinadən xəbər verir ki, şirkət ikiqat selfi kameraya malik yeni ucuz smartfona  “Y8s” adını verib. Smartfon “Full HD ” təsvir ölçülü 6,5 düymlük maye kristal ekranla təchiz edilib. 8 mp-lik (f/2.0) və 2 mp-lik (f/2.4) ön kameralar mövcuddur. Arxa paneldə barmaq izləri skaneri və iki kamera yerləşdirilib.

Yeni smartfon “Android 9 Pie” əməliyyat sisteminin idarəetməsi altında işləyir. Smartfonun əsas üstünlüklərindən biri “Google”un xidmətlərini dəstəkləməsidir.