Bakı sakini atasını və qardaşını bıçaqlayıb
    • 26-07-2018, 10:15
    • 999

Bakı sakini atasını və qardaşını bıçaqlayıb

Bakı şəhəri, Sabunçu rayonunda ailə məişət zəminində iki nəfər xəsarət alıb.

Hadisə Nərimanov küçəsində qeydə alınıb.

28 yaşlı Mehdiyev Anar Bayram oğlu və 53 yaşlı Mehdiyev Bayram İsa oğlu yaşadıqları evdə mübahisə zəminində xəsarət alıb.
Hər iki şəxs ailənin kiçik oğlu (adı açıqlanmır) tərəfindən bıçaqlanıb. 

Yaralılar 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

//Report