Qanunsuz ağac kəsən şəxs 2950 manat CƏRİMƏLƏNDİ
    • 11-04-2019, 15:33
    • 901

Qanunsuz ağac kəsən şəxs 2950 manat CƏRİMƏLƏNDİ

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən Qusar rayonu Çiləgir kəndi ərazisində köküstə yaş  müxtəlif cinsli 9 ağacın kəsildiyi aşkar edilib.

ETSN-nin Mətbuat Xidmətindən News24.az-a verilən məlumata görə, araşdırma zamanı ağacların sözügedən kənd sakini Nəriman İsgəndərov tərəfindən kəsildiyi məlum olub.

Faktla bağlı təqsirkar barəsində protokol tərtib olunub və ona 2950 manat məbləğində cərimə tətbiq edilib.