Azərbaycanda fahişəliklə məşğul olan qadının meyiti TAPILDI
    • 14-06-2019, 16:52
    • 1 751

Azərbaycanda fahişəliklə məşğul olan qadının meyiti TAPILDI

Bu gün Bakı-Sumqayıt yolunun kənarından qadın meyiti tapılıb.

News24.az-ın məlumatına görə, Ceyranbatan qəsəbəsində yolun kənarınfa "Türkan" kafesinin yaxınlığında naməlum qadın meyiti aşkarlanıb. Məlum olub ki, meyiti tapılan qadın həmin kafedə işləyən Sumqayıt sakini S.Əliyevadır. 1986-cı il təvəllüdlü S.Əliyevanın ölərkən sərxoş olduğu məlum olub.

Əxlaqsız həyat tərzi sürən 33 yaşlı qadının avtomobil vurması nəticəsində öldüyü ehtimal edilir.

Faktla bağlı araşdırma aparılır.