Goranboyda elektrovoz 3 yaşlı qızı vurub öldürdü
    • 21-03-2020, 18:53
    • 972

Goranboyda elektrovoz 3 yaşlı qızı vurub öldürdü

Goranboyda üç yaşlı uşağı qatar vuraraq öldürüb. 

News24.az xəbər verir ki, hadisə rayonun Muzdurlar kəndi ərazisində qeydə alınıb. 

Hərəkətdə olan elektrovoz 2017-ci iı təvəllüdlü Zeynəb Məmmədhəsənovanı vurub, azyaşlı aldığ xəsarətlərdən dünyasını dəyişib.  Hadisənin baş vermə səbəbləri araşdırılır.