Dələduzluq yolu ilə 19 min manata yaxın pul əldə edən şəxs tutulub

Dələduzluq yolu ilə 19 min manata yaxın pul əldə edən şəxs tutulub Kriminal
Dələduzluq yolu ilə 19 min manata yaxın pul əldə edən şəxs tutulub.

DİN - in Mətbuat Xidmətindən  News24.az-a  verilən məlumata görə, Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində şəhər sakini olan bir qadının 6000 manat və 2700 ABŞ dollarını, həmçinin 5900 manat dəyərində qızıl-zinət əşyalarını dələduzluq yolu ilə almaqda şübhəli bilinən Bakı şəhər sakini K.Dünyamalıyev saxlanılıb.

Ətrafında aparılan əməliyyat tədbirləri ilə onun ötən il may ayının 25-də Corat qəsəbə sakini olan daha bir qadını aldadıb 3500 manatını alması da müəyyən edilib.