Lənkəranda kəndə hücum edən canavarlar insanları qorxuya salıb

Lənkəranda kəndə hücum edən canavarlar insanları qorxuya salıb Kriminal
Lənkəranda kəndə girən canavarlar mal-qaraya hücum edib, təsərrüfat sahibinə 5000 manat ziyan vurub.

Hadisə rayonun Ürgə kəndində baş verib. Səhər saatlarında dənizkənarı otlaq ərazidə canavar iribuynuzlu heyvanlara hücum edib.

Kənd sakini və mal-qaranın sahibi Savalan Rəhimov hadisə yerindən 200-250 metr məsafədə heyvanların birləşərək canavara müqavimət göstərdiyinin şahidi olub. Canavar heyvanlarını qoruyan təsərrüfat sahibini görən kimi qaçıb.

Hücum nəticəsində 1 baş heyvan yaralanıb. Zərərçəkmişin sözlərinə görə, son 10 gündə canavarlar onun 4 inəyini parçalanıb. Ümumilikdə, Savalan Rəhimova 5000 manat maddi ziyan dəyib.

Təsərrüfat sahibləri bu hadisə ilə bağlı çox narahatdılar. Canavarların bu hadisəni yaşayış məntəqəsindən cəmi 2 km aralıda törətməsi kənd sakinlərini ciddi narahat edir.

Onlar canavarların insanlara hücum edə biləcəklərindən ehtiyat edirlər.

//Oxu.az
Lənkəranda kəndə hücum edən canavarlar insanları qorxuya salıb Lənkəranda kəndə hücum edən canavarlar insanları qorxuya salıb Lənkəranda kəndə hücum edən canavarlar insanları qorxuya salıb Lənkəranda kəndə hücum edən canavarlar insanları qorxuya salıb Lənkəranda kəndə hücum edən canavarlar insanları qorxuya salıb Lənkəranda kəndə hücum edən canavarlar insanları qorxuya salıb Lənkəranda kəndə hücum edən canavarlar insanları qorxuya salıb