“Mercedes” markalı avtomobili oğurlayan köhnə məhkum saxlanılıb

“Mercedes” markalı avtomobili oğurlayan köhnə məhkum saxlanılıb Kriminal
Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini Ü.Kərimov martın 10-da A.Məhərrəmov küçəsindən “Mercedes” markalı avtomobilinin qaçırıldığını bildirib.

DİN-nin Mətbuat Xidmətindən News24.az-a  verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobilini qaçırmaqda şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş E.Kəlbiyev nəqliyyat vasitəsi ilə birgə Sumqayıt şəhəri ərazisində müəyyən edilərək saxlanılıb.

Hazırda faktla bağlı araşdırma aparılır.