Sudanda hökumət ləğv edildi - Fövqəladə vəziyyət elan olundu

Sudanda hökumət ləğv edildi - Fövqəladə vəziyyət elan olundu Kriminal
Sudan prezidenti Ömər əl-Bəşir hökumətin ləğv edildiyini bəyan edib.

Ölkədə bir illik fövqəladə vəziyyət rejimi elan olunub.  
Əl-Bəşir qərarını ölkədəki vəziyyəti stabilləşdirmək və böhrandan çıxmaqdan üçün iqtisadi islahatlara görə qəbul etdiyini bildirib. Bütün əyalətlərin qubernatorları da vəzifəsindən kənarlaşdırılıb. 
Prezident parlamenti Konstitusiyaya dəyişikliklərlə bağlı müzakirələri təxirə salmağa dəvət edib. Bundan başqa, o, müxalifəti dialoqa çağırıb.

//Qafqazinfo