500 dollar ödəyib milyonçu oldu
Maraqlı
ABŞ-də maraqlı hadisə yaşanıb.
News24.az xəbər verir ki, bir nəfər hərracda 500 dollar ödəməklə köhnə anbar hücrəsi alıb və içərisində 7,5 milyon dollar olan seyf tapıb.
Bu barədə “Storage Wars” televiziya şousunun efirində auksionçu Den Dotsen danışıb. O, bir neçə ay ərzində ödənişi edilməyən anbar hücrələrinin satışının keçirildiyi hərracı aparıb.
Hərrac zamanı hücrələrin içində nə saxlanıldığını heç kim bilməyib.
Dotsenin sözlərinə görə, adətən seyflər boş olur. Lakin bu dəfə belə olmayıb. Alınan hücrədəki seyfin içində 7,5 milyon dollar olub və əvvəlki sahibinin bu qədər vəsaiti haradan əldə etdiyi naməlum qalıb.
Ehtimal edilir ki, əvvəlki sahib köçüb, ya da həbs edilib. Bu səbəbdən anbar hücrəsinin haqqını ödəməyib.